Bank Of Baku

Misirdə nümayişçilər təhlükəsizlik xidmətinin binasını yandırıblar

Misirdə nümayişçilər təhlükəsizlik xidmətinin binasını yandırıblar
# 05 mart 2011 00:45 (UTC +04:00)
Bakı-APA. Misirin İsgəndəriyyə şəhərində yüzlərlə nümayişçi təhlükəsizlik xidmətinin qərargahını hücumla ələ keçiriblər. Dünən bütün günü davam edən dinc nümayiş gecə saatlarında güc strukturları əməkdaşları ilə şiddətli qarşıdurmaya çevrilib.

Nümayiş iştirakçıları siyasi məhbusların azad olunmasını və dövlət təhlükəsizlik aparatının ləğvini tələb ediblər. Etirazçılar təhlükəsizlik xidmətini işgəncə və qətllərdə günahlandırıblar. Gecə saatlarında təhlükəsizlik xidməti qərargahını ələ keçirən nümayişçilər onu yandırıblar.

Qarşıdurmaya səbəb güc strukturları əməkdaşlarının etirazçıları odlu silah və gözyaşardıcı qazın köməyi ilə dağıtmaq cəhdləri olub. Qarşıdurma zamanı 50-yə yaxın insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR