Bank Of Baku

Benində prezident seçkiləri martın 13-nə təyin edilib

Benində prezident seçkiləri martın 13-nə təyin edilib
# 05 mart 2011 02:52 (UTC +04:00)
Bakı-APA. Benin konstitusiya məhkəməsi prezident seçkilərini martın 13-nə təyin edib. Martın 6-na təyin olunmuş seçkilərin vaxtı müxalifətin seçici siyahılarından şikayət etməsindən sonra təxirə salınmışdı.

Ölkə prezidenti Yai Boni Konstitusiya məhkəməsinin qərarını təsdiq etməlidir. Prezidentin mətbuat katibi Boninin bu qərarı dəstəkləyəcəyini bildirib.

Prezident kreslosu uğrunda 14 nəfər mübarizə aparırlar. Əsas mübarizənin prezident Yai Boni və müxalifətçi Adrien Xunqbeci arasında gedəcəyi gözlənilir. İqtisadçı Abdulaye Bio Çanenin şansları da yüksək qiymətləndirilir.

Qərbi Afrikada yerləşən Benin Respublikası Burkina-Faso, Niger, Nigeriya və Toqo ilə həmsərhəddir. Ölkənin paytaxtı Porto-Novo şəhəridir, lakin hökumət iri Kotonu şəhərində yerləşir. Benin neft və digər faydalı qazıntılarla zəngindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR