Bank Of Baku

Apelyasiya Məhkəməsi Hüsni Mübarəkin aktivlərinin həbsinə dair qərarı qüvvədə saxlayıb

Apelyasiya Məhkəməsi Hüsni Mübarəkin aktivlərinin həbsinə dair qərarı qüvvədə saxlayıb
# 05 mart 2011 12:29 (UTC +04:00)
Bakı – APA. Qahirə şəhəri Apelyasiya Məhkəməsi Misirin sabiq prezidenti Hüsni Mübarək və onun ailə üzvlərinə məxsus aktivlərin həbsinə dair Baş Prokurorluq tərəfindən çıxarılmış qərarı qüvvədə saxlayıb. APA-nın məlumatına görə, qərarın ləğvi ilə bağlı Apelyasiya Məhkəməsinə H.Mübarəkin maraqlarını müdafiə edən bir qrup vəkil müraciət edib.
Xatırladaq ki, fevralın 11-də prezident H.Mübarək istefa verib və hakimiyyəti ordu rəhbərliyinə təhvil verib. Yanvar ayından Misirdə keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı 365 nəfərin öldüyü və 5 mindən artıq insanın xəsarət aldığı bildirilir.
Qeyri-rəsmi məlumatlara görə, sabiq prezidentin xarici bank hesablarında milyardlarla dollar həcmində vəsait saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR