Bank Of Baku

Britaniya hərbçiləri Liviyaya daxil olmağa hazırlaşırlar

Britaniya hərbçiləri Liviyaya daxil olmağa hazırlaşırlar
# 05 mart 2011 14:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Böyük Britaniya hərbi birləşmələrindən birini Liviyaya göndərməyi planlaşdırır.

APA-nın Böyük Britaniyanın «The Daily Telegraph» qəzetinə istinadən verdiyi məlumata görə, kral ordusunun Şotlandiya taboru döyüş hazırlığına gətirilib. Krallığın Müdafiə Nazirliyindəki mənbə onu da bildirib ki, əməliyyat humanitar xarakterli olacaq. Hərbi birləşmə bir sutka ərzində yola düşəcək.

Bir neçə saat öncə isə məlum olub ki, artıq həmin hərbi bölmə Liviya ərazisinə çatıb. Həmçinin bu ölkənin hərbi dəniz qüvvələrinə məxsus gəmi və xüsusi təyinatlıları da Liviyanın Benqazi limanında dislokasiya olunub. Onlar Liviyadakı Britaniya vətəndaşlarının təhlükəsizliklərini təmin edirlər. Qəzet bildirib ki, artıq Almaniya və ABŞ da hərbi gəmilərini Liviya sahillərinə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR