Bank Of Baku

Müəmmar Qəddafinin tərəfdarları Əz-Zaviyə şəhərinə hücuma keçib

Müəmmar Qəddafinin tərəfdarları Əz-Zaviyə şəhərinə hücuma keçib
# 05 mart 2011 17:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Liviya lideri Müəmmar Qəddafinin tabeçiliyindəki hərbi bölmələr üsyançıların əlində olan Əz-Zaviyə şəhərini ələ keçirmək üçün hücuma keçiblər. Hücum əməliyyatında hərbi vertolyotlar və tanklardan istifadə olunur.

APA-nın «Sky News» telekanalına istinadən verdiyi məlumata görə, döyüşlər zamanı həlak olanların sayı artıq 60-ı keçib. Məlumatda o da bildirilir ki, şəhər bu gün hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb. Əməliyyatlara M.Qəddafinin oğlu rəhbərlik edir. Hər iki tərəf ölən və yaralananlar haqqında məlumat verməsə də, şəhər xəstəxanasından ölənlərin sayının saatbasaat artdığı bildirilir.

Qeyd edək ki, Liviyadakı iğtişaşlar zamanı ümumilikdə 6 min nəfərdən artıq adamın öldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR