Bank Of Baku

Liviyada üsyançılar Qəddafinin doğma şəhərini tutublar

Liviyada  üsyançılar Qəddafinin doğma şəhərini tutublar
# 06 mart 2011 04:42 (UTC +04:00)
Bakı-APA. Liviya dövlət başçısı Müəmmar Qəddafinin doğma şəhəri olan Sirt şəhəri müxalifət tərəfdarlarının əlinə keçib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl müxalifət qüvvələri bildiriblər ki, ölkənin şərqində yerləşən Əl-Lanuf neft mərkəzi də onların nəzarətindədir. Eyni zamanda üsyançılar hökumət qüvvələrinin Əl-Zavi şəhərinə hücumunu dəf edə biliblər.
Xatırladaq ki, Müəmmar Qəddafinin hərbi qüvvələri tankların dəstəyi ilə şənbə günü üsyançıların nəzarətində olan Əl-Zavi şəhərinə hücuma ediblər. Verilən məlumata görə bu şəhər uğrunda döyüş zamanı 30 nəfər həlak olub. Bəzi mediada gedən xəbərlərə görə, üsyançılar hökumət qüvvələrinin bir qırıcı təyyarəsini vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR