Bank Of Baku

Liviyanı 200 mindən artıq əcnəbi tərk edib

Liviyanı 200 mindən artıq əcnəbi tərk edib
# 07 mart 2011 16:20 (UTC +04:00)
Bakı - APA. Kütləvi iğtişaşlar və vətəndaş müharibəsi başlayandan bəri Liviyanı 213 min əcnəbi işçi tərk edib.

APA-nın AP-yə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, əcnəbilərin əksəriyyəti Tunis, Misir və Nigerə yollanıb. İğtişaşlar başlayana qədər Liviyada yarım milyon əcnəbi çalışıb. Onlar əsasən Misir, Çin, Hindistan və digər ölkələrin vətəndaşları olublar. Beynəlxalq agentliklər əcnəbilərin kütləvi gedişinin davam edəcəyini, onların evakuasiyası üçün on milyonlarla dollar vəsaitin tələb olunduğunu qeyd edirlər.

BMT-nin baş katibi Pan Gi Mun Liviya hökumətini əcnəbilərin təhlükəsizliyini təmin etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR