Bank Of Baku

Qəzzafi istefasının şərtlərini müzakirə etməyi təklif edib

Qəzzafi istefasının şərtlərini müzakirə etməyi təklif edib
# 08 mart 2011 00:56 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəzzafi Benqazidəki Keçid milli şurasının liderlərinə öz istefasının şərtlərini müzakirə etmək üçün parlamentin iclasını keçirməyi təklif edib. Bu barədə «Əl-Cəzirə» telekanalı müxalifət düşərgəsindəki mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, təklif qəbul edilməyib. Səbəb isə bu cür gedişin Qəzzafi üçün «şərəfli» olması və həlak olmuş liviyalıların təhqir olunması anlamına gəlməsidir. Qəzzafi gedişinin şərtləri kimi özü və ailəsi üçün təhlükəsizlik və məhkəməyə cəlb olunmamağı irəli sürübmüş.

Danışıqlar aparmaq üçün Qəzzafi Benqaziyə keçmiş hökumət başçısı Cadalla Əziz Təlhəni göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR