Bank Of Baku

Fransa prezidenti Liviyaya havadan zərbə endirmək barədə təklif verməyə hazırlaşır

Fransa prezidenti Liviyaya havadan zərbə endirmək barədə təklif verməyə hazırlaşır
# 10 mart 2011 15:41 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikola Sarkozi Avropa İttifaqı üzvlərinə Liviyanın Müəmmər Qəddafinin nəzarətində olan ərazilərinə havadan dəqiq zərbələr endirmək təklif etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi xəbər yayıb. Fransa prezidenti həmçinin Liviya liderinin sahib olduğu hərbi rabitə sistemlərini sıradan çıxarmağı təklif etmək niyyətindədir. Sarkozi bu təkliflərini sabah Avropa İttifaqı Şurasının iclasında səsləndirməyə hazırlaşır.

Rəsmi Tripoli isə üsyançıların Milli Keçid Şurasının legitimliyini qəbul edən Fransa ilə münasibətləri kəsməyə hazırlaşır. Xatırladaq ki, prezident Nikola Sarkozi bu gün Müəmmər Qəddafi əleyhdarlarının yaradığı keçid hökumətini Liviyada yeganə legitim qurum kimi tanıdığını bəyan edib.

Liviyanın hökumət qüvvələri bu gün ölkənin şərqində yerləşən Ras-Lanuf neft limanını hücumla ələ keçirməyə cəhd edib. Hələlik Ras-Lanuf üsyançıların nəzarətindədir. Qəddafi tərəfdarları şəhərə artilleriya və minaatanlardan sürəkli atəş açır, aviasiya neft limanına havadan zərbələr endirir. Əməliyyata tank və digər döyüş texnikası cəlb olunub. “Frans-Press” agentliyi üsyançıların əksəriyyətinin Ras-Lanufu tərk edərək Breqa şəhərinə doğru hərəkət etdiyini xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR