Bank Of Baku

Ərəb dünyası Qəddafidən üz döndərib

Ərəb dünyası Qəddafidən üz döndərib
# 11 mart 2011 14:19 (UTC +04:00)
Bakı – APA. Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası Liviyadakı vəziyyətə dair bəyanat qəbul edib. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Ər-Riyadda imzalanan bəyanatda bildirilir ki, şura üzvü olan ölkələr – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Qatar və Birləşmiş Ərəb Əmirlikləri Məümmər Qəddafinin legitimliyini tanımaqdan imtina edirlər. Bu dövlətlər Liviya müxalifətinin formalaşdırdığı və Benqazi şəhərində fəaliyyət göstərən Milli Keçid Şurası ilə əlaqə yaratmağa hazır olduqlarını açıqlayıblar. Onlar Liviya səmalarında hərbi aviasiyanın uçuşuna qadağa qoyulması ideyasını dəstəklədiklərini də bildiriblər.

Təşkilat Liviya rejiminin mülki əhaliyə qarşı cinayətlərini pisləyərək Ərəb Dövlətləri Liqası və BMT Təhlükəsizlik Şurasını gecikmədən duruma müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, martın 12-də Qahirədə Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR