Bank Of Baku

Liviya hökuməti təslim olan üsyançılar üçün amnistiya elan edib

Liviya hökuməti təslim olan üsyançılar üçün amnistiya elan edib
# 12 mart 2011 03:57 (UTC +04:00)
Bakı-APA. Liviya hökuməti silahı yerə qoyacaq üsyançılar üçün amnistiya elan edib. Bu barədə Liviyanın «Əş-Şababiyə» telekanalı məlumat verib.

«Silahı yerə qoyan şəxs cəzalandırılmayacaq», deyə hökumətin bəyanatına deyilir.

Liviya lider Müəmmər Qəzzafi və müxalifət arasında silahlı qarşıdurma fevralın ortalarından davam edir. Beynəlxalq təşkilatların məlumatına görə, münaqişə nəticəsində min nəfər həlak olub, ən azı 250 min insan isə qonşu ölkələrə qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR