Bank Of Baku

Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar

Liviya üsyançıları neft ixracı limanını geri qaytarıblar
# 15 mart 2011 02:54 (UTC +04:00)
Bakı-APA. Liviya üsyançıları şiddətli döyüşlərdən sonra Marsa-əl-Breqa neft ixracı limanını geri qaytarıblar. Qəzzafinin qoşunları səhraya doğru geri çəkiliblər. Qonşuluqdakı Əl-Ukayla şəhəri də azad edilib.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, general Əbdül Fəttah Yunisin başçılıq etdiyi Keçid milli şurasının qoşunları düşməndən ələ keçirdikləri hərbi texnikanın köməyilə sürətli əks-hücum təşkil ediblər. Onlarla liviyalı döyüşçü mühasirəyə düşərək təslim olublar.

Üsyançılar strateji Ras-Lanuf limanına da hücuma hazırlaşırlar. Ölkənin qərbində Qəzzafinin qoşunları Misurata şəhərini mühasirəyə alıblar. Şəhərdə ərzaq və dərman çatışmır. Üsyançılar Əz-Zaviyə şəhərində də müqavimət göstərirlər.

Qəzzafi qoşunlarının əlinə keçmiş Zuvara şəhərində isə bərbərlərlə hökumət qüvvələri arasında lokal döyüşlər baş verir. Şəhərdə onlarla dinc sakinin öldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR