Bank Of Baku

Liviya müxalifəti: «Qəzzafiyə qarşı sonadək vuruşacağıq»

Liviya müxalifəti: «Qəzzafiyə qarşı sonadək vuruşacağıq»
# 17 mart 2011 02:53 (UTC +04:00)
Bakı-APA. «Liviya müxalifətinin qüvvələri Müəmmər Qəzzafiyə qarşı mübarizəni dayandırmayacaqlar». Bu barədə müxalifətin nümayəndəsi Əhməd Cibril bəyan edib.

«Diktaturaya qarşı mübarizə hadisənin gələcək inkişafından asılı olmayaraq davam edəcək», deyə Benqazidə yerləşən Milli şuranın nümayəndəsi bildirib.

«Biz Qəzzafi diktaturasına qarşı hətta o müharibədə qalib gəlsə belə bütün vasitələrlə mübarizə aparacağıq. Lakin onun qələbəsi az inandırıcı görünür», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR