Bank Of Baku

Fransa hökuməti: Yaxın saatlarda Liviya rejiminə qarşı hərbi əməliyyat başlayacaq

Fransa hökuməti: Yaxın saatlarda Liviya rejiminə qarşı hərbi əməliyyat başlayacaq
# 18 mart 2011 10:07 (UTC +04:00)
Bakı – APA. Bir neçə saat ərzində Liviya rejiminə qarşı ilk hərbi müdaxilə gerçəkləşəcək. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Fransua Baruen (Francois Baroin) açıqlayıb. O, Fransanın hərbi müdaxilədə iştirak edəcəyini bildirib: “Məqsəd Liviya xalqının azadlığa qovuşmasına yardımçı olmaq, bir sözlə, Qəddafi rejimini devirməkdir”.

Hərbi əməliyyatın xarakteri barədə hələlik açıqlama verilməsə də, söhbət müxaliflərin qalası olan Binqazi şəhərinə doğru irəliləyən Qəddafi qüvvələrinə qarşı hava zərbələrinin endirilməsindən gedir. Fransadan sonra Norveç hökuməti də hərbi əməliyyata qoşulmağa hazır olduğunu bəyan edib. Danimarka parlamentinin də hərbi əməliyyatda iştirak barədə qərar qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, martın 18-nə keçən gecə BMT Təhlükəsizlik Şurası Liviyada yaranmış vəziyyətə dair qətnamə qəbul edib. Qətnamədə bildirilir ki, Liviyanın dinc əhalisinə qarşı zorakılığın qarşısının alınması üçün dünya ictimaiyyətinin bütün vasitələrdən istifadə etmək hüququ var. Sənəddə Liviya üzərində Qəddafi rejiminə məxsus hərbi təyyarə və helikopterlərin uçuşlarına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR