Bank Of Baku

Misirdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

Misirdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir
# 19 mart 2011 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Misirdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq referendumu keçirilir.

APA-nın «Frans-Press» Agentliyinə istinadən verdiyi məlumata görə, referendum yerli vaxtla saat 07:00-da başlayıb, 18:00-da isə yekunlaşacaq. Referendumda ölkə əhalisinin səsvermə hüququ olan 45 mln. nəfəri iştirak edəcək.

Referendumda seçicilər konstitusiyanın 8 maddəsinə dəyişikliklərə, 1 müddəada isə əlavəyə səs verəcəklər. Dəyişikliklərə görə, prezidentliyə namizədliyin irəli sürülməsinə dəyişiklik edilib. Prezidentlik müddəti 6 ildən 4 ilə qədər azaldılır, həmçinin prezidentə iki dəfədən artıq seçilmək hüququ verilmir. Bununla yanaşı, deputatlığa namizədliyin irəli sürülməsi üçün tələb olunan səslərin də sayı azaldılıb.

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin Ali Şurası tərəfindən keçirilən referendum ölkədə demokratik seçkilərin keçirilməsinə və vətəndaş cəmiyyətinin inkişafına təkan olacaq. Konstitusiyaya dəyişikliklər Misirdə böyük nüfuza sahib olan «Müsəlman qardaşları» təşkilatı tərəfindən də dəstəklənib. Əgər konstitusiyaya edilən dəyişikliklər qəbul olunarsa, bu ilin iyununda parlament seçkiləri, sentyabrında isə prezident seçkiləri keçiriləcək. Referendum zamanı təhlükəsizlik tədbirləri üçün 36 min hərbiçi səfərbər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR