Bank Of Baku

Qəzzafi Benqaziyə tanklar yeridib

Qəzzafi Benqaziyə tanklar yeridib
# 19 mart 2011 13:03 (UTC +04:00)
Bakı – APA. Liviyanın lideri Müəmmar Qəzzafinin tərəfdarlarından ibarət hərbi birləşmələr qiyamçıların nəzarətində olan Benqazi şəhərinə daxil olub. APA-nın məlumatına görə, ordu qərb istiqamətindən şəhərə tanklar yeridib, şəhər ərazisi intensiv şəkildə raket və artilleriya atəşinə tutulur.
Rəsmi mənbələr bu məlumatları təkzib edir, atəşkəslə bağlı verilən vədlərin tam yerinə yetirildiyini və yalnız qiyamçıların hücumunun qarşısının alınması məqsədilə atəş açıldığını bildirir.
Qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, bu gün səhər saatlarında Benqazi şəhərinə iki aviazərbə endirilib, bəzi ərazilər raket atəşinə tutulub. Aviazərbələrdə iştirak edən SSRİ dövründə istehsal olunmuş «MiQ-23» qırcısı qiyamçılar tərəfindən vurulub.
Xatırladaq ki, martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edib və ölkə ərazisinə hərbi müdaxilə ilə bağlı qərar qəbul edib. İlkin məlumatlara görə, Fransanın artıq bu gün Liviyaya qarşı hərbi əməliyyatlara başlayacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR