Bank Of Baku

Fransa qırıcıları Liviya ərazisi üzərində müşahidələrə başlayıb

Fransa qırıcıları Liviya ərazisi üzərində müşahidələrə başlayıb
# 19 mart 2011 16:06 (UTC +04:00)
Bakı – APA. Fransanın «Rafal» qırıcı təyyarələri bu gün səmadan Liviya ərazisini müşahidə etməyə başlayıb. APA-nın Fransa KİV-inə istinadən verdiyi məlumata görə, qırıcılar müşahidələri Liviyanın bütün ərazisi üzərinə aparır, Benqazi şəhəri üzərinə isə təyyarələrin xüsusi fəallığı müşahidə olunur.
Qeyd edək ki, bu gün Parisdə Avropa İttifaqı ölkələri və ABŞ başçıları, BMT və ərəb dövlətlərinin rəsmi nümayəndələrinin iştirakı ilə növbədənkənar toplantı keçirilir və Liviyadakı vəziyyət müzakirə olunur. Müzakirələrin yekununda Liviya lideri Müəmmar Qəzzafinin rəhbərlik etdiyi hərbi birləşmələrə havadan hərbi zərbələrin endirilməsi ilə bağlı qərar qəbul oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR