Bank Of Baku

Suriyada dinc nümayişçilərə atəş açılıb, beş nəfər öldürülüb

Suriyada dinc nümayişçilərə atəş açılıb, beş nəfər öldürülüb
# 23 mart 2011 08:21 (UTC +04:00)
Bakı - APA. Suriyanın Daraa şəhərində təhlükəsizlik qüvvələri hökumət əleyhinə keçirilən dinc nümayişin iştirakçılarına atəş açıblar.

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, atəş nəticəsində beş nümayişçi öldürülüb.

Yerli hüquq-müdafiə təşkilatlarından bildirilib ki, Öməri məscidi yaxınlığında keçirilən aksiyanın iştirakçılarına qarşı gözyaşardıcı qazdan da istifadə olunub. Suriya paytaxtından 100 km məsafədə yerləşən Daraa şəhərində hökumət əleyhinə nümayişlər martın 18-dən başlanıb. Dörd min nəfərin iştirak etdiyi aksiya dağıdılarkən 11 yaşlı uşaq gözyaşardıcı qazdan zəhərlənərək ölüb. Bununla da ölənlərin sayı 6 nəfərə çatıb.

Suriya prezidenti Bəşər Əsəd ölənlərin ailələrinə başsağlığı verib. O, insidentin ciddi araşdırılacağına da söz verib. ABŞ və Avropa Birliyi isə Suriyada dinc nümayişlərin güc tətbiq etməklə dağıdılmasını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR