Bank Of Baku

Müəmmər Qəddafi tərəfdarları qarşısında 3 dəqiqəlik çıxış edib

Müəmmər Qəddafi tərəfdarları qarşısında 3 dəqiqəlik çıxış edib
# 23 mart 2011 10:12 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, 3 dəqiqəlik çıxış Liviya dövlət televiziyasının efirində yayımlanıb.

Qəddafi paytaxtın cənubunda yerləşən Bab-əl-Əziziyyə iqamətgahının eyvanından tərəfdarlarına müraciət edib. O, bir daha bəyan edib ki, Liviya İslam dini üzərinə xaç yürüşünə başlayan ölkələr üzərində nəyin bahasına olursa-olsun, qələbə çalacaq və daxildəki əleyhdarlarını məhv edəcək.

Qeyd edək ki, Liviya liderinin Bab-əl-Əziziyyə iqamətgahı martın 21-də müttəfiqlər tərəfindən bombardman edilib. İqamətgaha dəyən zərərin həcmi barədə məlumat verilmir.

Bu arada ABŞ-ın dövlət katibi Hillari Klinton “ABC News”a müsahibəsində Qəddafinin ölkədən qaçmağa hazırlaşdığını, bu məqsədlə bəzi ölkələrlə danışıqlara başladığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR