Bank Of Baku

Liviya hökuməti üsyançılarla dialoqa hazır olduğunu bəyan edib

Liviya hökuməti üsyançılarla dialoqa hazır olduğunu bəyan edib
# 26 mart 2011 15:08 (UTC +04:00)
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin rəhbərlik etdiyi Liviya hökuməti Afrika Birliyinin ötən gün Efiopiyanın paytaxtı Ədis-Əbəbə şəhərində keçirilən iclasında belə bir təkliflə çıxış edib. İclasa qatılan Liviya heyətinin üzvü, keçmiş baş nazir Abdulati Əl-Übeydi Qəddafi hökumətinin böhranın həlli üçün Afrika Birliyinin təklif etdiyi «yol xəritəsi»ni həyata keçirməyə hazır olduğunu ifadə edib. O, həmçinin Afrika Birliyini demokratik seçkilərin keçirilməsi üçün keçid dövrünün müəyyənləşdirilməsinə yardımçı olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR