Bank Of Baku

Qəddafi qoşunları üsyançıların Sirt şəhərinə daxil olmasının qarşısını alıb

Qəddafi qoşunları üsyançıların Sirt şəhərinə daxil olmasının qarşısını alıb
# 28 mart 2011 11:57 (UTC +04:00)
APA-nın məlumatına görə, sahilyanı Bin-Cavad şəhərindən çıxan üsyançıların avtomobilləri ağır silahlardan atəşə tutulub, buna görə də onlar yenidən əvvəlki mövqelərinə çəkilməli olublar. Bununla da Sirt şəhərinin üsyançıların əlinə keçməsi xəbəri təsdiqini tapmayıb. Sirt şəhəri həm Qəddafi qoşunları, həm də müxalifət üçün strateji əhəmiyyət daşıyır. Qəddafi əleyhdarları bu şəhəri ələ keçirə bilsələr, Misurat şəhərindən olan müttəfiqləri ilə birləşə və Tripoliyə qarşı hücuma başlaya bilərlər. Xatırladaq ki, Sirt Müəmmər Qəddafinin vətənidir, Liviya lideri 1942-ci ildə bu şəhərdə dünyaya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR