Bank Of Baku

Misir Silahlı Qüvvələrinin Ali Şurası: Hüsnü Mübarək ev dustağıdır və ölkəni tərk etməyib

Misir Silahlı Qüvvələrinin Ali Şurası: Hüsnü Mübarək ev dustağıdır və ölkəni tərk etməyib
# 28 mart 2011 14:53 (UTC +04:00)
APA-nın “Frans-Press”ə istinadən yaydığı məlumata görə, bu bəyanatla Misir Silahlı Qüvvələrinin Ali Şurasının nümayəndələri çıxış ediblər. Bununla da ölkədəki müvəqqəti hökuməti Hüsnü Mübarəkin ölkədən qaçdığı və Səudiyyə Ərəbistanında gizləndiyi barədə məlumatları rəsmən təkzib etmiş olub.

Misirdə nəşr olunan “Əl-Əhram” qəzeti Ali Şuraya istinadən Hüsnü Mübarəklə yanaşı onun ailə üzvlərinin də ev dustağı olduğunu yazıb. Sabiq prezidentə və onun ailə üzvlərinə qarşı bu tədbirlərin nə zamandan görüldüyü açıqlanmır. Xatırladaq ki, fevralın sonlarında Hüsnü Mübarək, xanımı Suzan Mübarək, oğlanları Əli və Camalın ölkəni tərk etməsinə qadağa qoyulub, lakin onların ev dustağı edildiyi açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR