Bank Of Baku

Müəmmər Qəddafi barbar adlandırdığı dövlətləri hərbi əməliyyatı dayandırmağa çağırıb

Müəmmər Qəddafi barbar adlandırdığı dövlətləri hərbi əməliyyatı dayandırmağa çağırıb
# 29 mart 2011 09:56 (UTC +04:00)
Bakı – APA. Liviya lideri Müəmmər Qəddafi dünya ictimaiyyətini ölkəsində keçirilən hərbi əməliyyatları dayandırmağa çağırıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq koalisiyaya daxil olan ölkələrin rəhbərlərinə ünvanlanan məktubunda Qəddafi bu ölkələrin hərəkətləri barbarlıq adlandırıb. O, NATO-nun bombardmanlarını Adolf Hitlerin əməllərinə bənzədib.

Kuba lideri Fidel Kastro da Liviyadakı hərbi əməliyyatı kəskin tənqid edərək NATO-nu faşizmdə günahlandırıb.

Qeyd edək ki, bu gün Londonda Liviyadakı duruma həsr olunmuş zirvə toplantısı keçiriləcək. Toplantıda 35 dövlət, o cümlədən 7 ərəb ölkəsi iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR