Bank Of Baku

Müəmmar Qəddafinin doğulduğu şəhər uğrunda şiddətli döyüşlər gedir

Müəmmar Qəddafinin doğulduğu şəhər uğrunda şiddətli döyüşlər gedir
# 30 mart 2011 02:45 (UTC +04:00)
Bakı-APA. Liviya prezidenti Müəmmar Qəddəfiyə sadiq qüvvələr prezidentin anadan olduğu şəhər və əsas istehkam sayılan Sirt üsyançılardan qorumaq üçün şiddətli döyüşlər aparırlar.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Qəddafi qüvvələri Bin Cavad şəhəri yaxınlığında cəmləşən üsyançılara raket və pulemyotlardan atəş açmış və onları şərqə doğru sıxışdırmışlar.
Son bir neçə gündə beynəlxalq qüvvələrin Qəddafi ordusuna qarşı hava zərbələri üsyançılara böyük əraziləri ələ keçirməyə imkan yaradıb. Sirt uğrunda döyüş Qəddafinin 42 illik hakimiyyətinə son qoyulması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR