Bank Of Baku

Fil Dişi Sahilində silahlı müxalifət paytaxtı ələ keçirib

Fil Dişi Sahilində silahlı müxalifət paytaxtı ələ keçirib
# 31 mart 2011 08:38 (UTC +04:00)
Bakı – APA. Fil Dişi Sahilində beynəlxalq aləm tərəfindən prezident kimi tanınan Alassan Uattarın silahlı tərəfdarları daha iki şəhəri ələ keçiriblər. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, müxaliflər paytaxt Yamusukro və dəniz limanı San-Pedronu nəzarətə götürüblər.

Seçkilərdə uduzmuş prezident Loran Qbarqonun tərəfdarları Uattar tərəfdarlarının gəlişindən əvvəl Yamusukronu tərk ediblər. Qəti qələbə üçün ölkənin maliyyə mərkəzi Abican şəhərini də ələ keçirmək lazımdır. Şəhərin böyük hissəsinə Qbarqonun qoşunları nəzarət edir. Alassan Uattar da 800 tərəfdarının əhatəsində Abicandakı bir oteldədir. Otel Qbarqonun dəstələri tərəfindən mühasirədə saxlanılır. Müxaliflər Qbarqoya şəhəri könüllü təslim etməyi təklif ediblər.

Qeyd edək ki, ötən il keçirilən seçkilərdə müxalifətçi Uattarın minimal üstünlüklə qələbə qazanmasından sonra Fil Dişində faktiki olaraq vətəndaş müharibəsi başlayıb. Loran Qbarqo seçkinin nəticələrini tanımayıb. Beynəlxalq aləm isə Alassan Uattarı legitim prezident kimi qəbul edir. Martın 30-da BMT Təhlükəsizlik Şurası L. Qbarqo rejiminə qarşı sanksiyalar tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR