Bank Of Baku

Liviya müxalifəti atəşkəs üçün şərtlərini açıqlayıb

Liviya müxalifəti atəşkəs üçün şərtlərini açıqlayıb
# 01 aprel 2011 14:29 (UTC +04:00)
Bakı – APA. Liviya müxalifətinin Benqazidə formalaşdırdığı Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil atəşkəsə hazır olduqlarını bəyan edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, M. A. Cəlil atəşkəs üçün bir neçə şərt irəli sürüb. O bildirib ki, hökumət qüvvələri Liviyanın qərbindəki şəhərlərdən çıxmalı, həmin şəhərlərin əhalisinin öz mövqelərini sərbəst şəkildə bildirməsinə şərait yaradılmalı və əcnəbi muzdlular ölkəni tərk etməlidir: “Biz bu şərtlərdə sülhə etiraz etmirik”.

Bununla yanaşı, M. A. Cəlil etiraf edib ki, hərbi əməliyyatların davam etməsi halında müxalifətə hökumət qüvvələri ilə bərabər imkanlarla döyüşmək üçün əlavə silah lazım olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR