Bank Of Baku

Koalisiya qüvvələrinin təyyarəsi üsyançılara zərbə endirib

Koalisiya qüvvələrinin təyyarəsi üsyançılara zərbə endirib
# 02 aprel 2011 21:43 (UTC +04:00)
Bakı-APA. Liviya hava məkanının qapalı elan olunması qərarını təmin edən koalisiya qüvvələrinin təyyarəsi üsyançılar maşınlarının karvanına zərbə endirib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, tərkibində 5 maşın və təcili yardım avtomobili olan karvanının şərqdəki Breqadadan Ajdabiya şəhərinə yollandığı xəbər verilir.

Hadisədə azı 15 adamın öldüyü bildirilir.

İlkin məlumatlara görə təyyarə yerdən açılan atəşə cavab verib. Lakin atəşin kim tərəfindən və nə məqsədlə açıldığı barədə məlumat verilmir.

“Üsyançılar karvanının atəşə tutulması faktı bizə məlumdur. Hələlik bu olayın təfsilatları ilə tanış deyilik və baş verən hadisəni araşdırmağa çalışırıq”, -NATO-nun bəyanatında deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR