Bank Of Baku

Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib

Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib
# 05 aprel 2011 02:56 (UTC +04:00)
Bakı-APA. Alassan Uattaranın tərəfdarları Kot-d’İvuarın iqtisadi paytaxtı olan Abicanda keçmiş prezident Loran Qbaqbonun iqamətgahını ələ keçiriblər. Bu barədə Uattaranın rəsmi nümayəndəsi Patrik Açi məlumat verib.

Hazırda Abicanda ölkənin yeni seçilmiş prezidenti Uattara və öz postundan getmək istəməyən keçmiş prezident Qbaqbonun tərəfdarları arasında döyüşlər gedir.

Bir neçə saat öncə isə Kot-d’İvuardakı BMT missiyasının helikopterləri Loran Qbaqbonun Abicandakı saray və iqamətgahına, həmçinin onun qoşunlarının Aqban və Akuedodakı bazalarına zərbələr endiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR