Bank Of Baku

BMT: Liviya iqtidarı və müxalifəti atəşkəsə hazırdırlar

BMT: Liviya iqtidarı və müxalifəti atəşkəsə hazırdırlar
# 05 aprel 2011 04:53 (UTC +04:00)
Bakı-APA. Liviya iqtidarı və müxalifəti BMT baş katibinin xüsusi elçisinə atəşkəs rejiminə əməl etməyə hazır olduqlarını bildiriblər. Bu barədə BMT baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Əbdülillah Xətib məlumat verib.

Xətib bildirib ki, Tripolidə Xalq komitəsinin sədri (baş nazir) Əl-Bağdadi əd-Mahmudi, Benqazi də isə Milli keçid şurasının sədri Mustafa Əbdül-Cəlillə görüşüb.

Görüş zamanı iqtidar nümayəndəsi atəşkəs rejiminə hazır olduqlarını bildirib.

«Keçid Milli şurasının sədri də bildirdi ki, əgər qarşı tərəf atəşi kəssə və müxalifətin əlində olan şəhərlərin mühasirəsinə son qoysa, onlar da atəşkəsə hazırdırlar», deyə Xətib bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR