Bank Of Baku

Fil Dişi Sahillərində seçkidə uduzan prezident silahı yerə qoyub

Fil Dişi Sahillərində seçkidə uduzan prezident silahı yerə qoyub
# 05 aprel 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Prezident seçkilərində uduzsa da, hakimiyyəti təhvil vermək istəməyən və müxalifətlə silahlı mübarizəyə başlayan Fil Dişi Sahillərinin keçmiş prezidenti Loran Qbarqbo qanuni hakimiyyətə təslim olmağa qərar verib. APA-nın “France-Presse” agentliyinə istinadən yaydığı xəbərə görə, qanuni prezident Alassan Uattarın köməkçisi, Fransadakı səfir Alli Kulibali bildirib ki, L. Qbarqbo seçilmiş prezidentin nümayəndələri ilə masaya oturub.

L. Qbarqbonun hansı səbəbdən güzəştə getdiyi bəlli deyil. Daha əvvəl Uattar tərəfdarları onun Abican şəhərindəki iqamətgahını ələ keçirmişdilər. Şəhərdə keçmiş prezidentin öldürüldüyü barədə şayiələr yayılmışdı.

Qeyd edək ki, A. Uattar dünya ictimaiyyəti, xüsusən də Fil Dişi üzərində təsir gücü olan və bu ölkədə sülhməramlı qoşunlar saxlayan Fransa tərəfindən qanuni prezident kimi tanınıb. Aprelin 4-də fransızlar BMT sülhməramlılarının dəstəyi ilə dinc əhaliyə qarşı təhlükənin aradan qaldırılması üçün hərbi əməliyyata başlayıblar. Belə ki, onlar L. Qbarqbonun silah anbarlarını bombalayaraq onun tərəfdarlarını silah-sursat ehtiyatından məhrum ediblər. Hərbi əməliyyata BMT Təhlükəsizlik Şurası sanksiya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR