Bank Of Baku

NATO aviasiyası Liviyanı bombalayır

NATO aviasiyası Liviyanı bombalayır
# 05 aprel 2011 13:39 (UTC +04:00)
Bakı – APA. Qərb koalisiyası Liviyanın Breqa şəhəri ətrafında hökumət qüvvələrinin mövqelərini bombalamağa başlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, aprelin 5-də səhər Qəddafi tərəfdarlarının azı 2 kiçik yük avtomobili məhv edilib.

Qeyd edək ki, son günlər NATO aviasiyası Breqada fəallığını xeyli azaldıb. Buna əlverişsiz hava şəraiti və şəhərdə hədəflərə dəqiq zərbə endirməyin çətinliyi səbəb olub. Şəhərin və limanın müxalifətin əlində olduğu, hökumət qüvvələrinin isə bir neçə məhəlləni nəzarətdə saxladığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR