Bank Of Baku

Misirdə 14 fələstinli məhbus azad edilib

Misirdə 14 fələstinli məhbus azad edilib
# 05 aprel 2011 23:25 (UTC +04:00)
Bakı-APA. Misir hüquq mühafizə orqanları Qəzza zolağından olan 14 fələstinli məhbusu azad edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "Əl-Qüds" radiosu yayıb.
Məhbusların azad olunması barədə qərarı Misir prezidenti Hüsnü Mübarəkin istefasından sonra ölkədə hakimiyyəti qəbul etmiş Silahlı Qüvvələrin Ali Şurası verib.
Azad olunanların arasında Fələstin-Misir sərhədi altında qaçaqmalçılıq məqsədi ilə tunellərin qazılmasında aktiv iştirak edən Məhəmməd əl-Şaer də var.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Misir həbsxanalarında hələ də 19 fələstinli qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR