Bank Of Baku

Fil Dişi Sahillərində kreslosunu təhvil vermək istəməyən keçmiş prezidentin iqamətgahına hücum başlayıb

Fil Dişi Sahillərində kreslosunu təhvil vermək istəməyən keçmiş prezidentin iqamətgahına hücum başlayıb
# 06 aprel 2011 13:29 (UTC +04:00)
Bakı – APA. Fil Dişi Sahillərində keçirilən prezident seçkilərində məğlub olan, lakin vəzifədən getmək istəməyən prezident Loran Qbarqbo ilə aparılan danışıqlar iflasa uğrayıb və seçkinin qalibi olan Alassan Uattarın tərəfdarları Qbarqbonun iqamətgahına hücuma başlayıblar. APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Fransanın xarici işlər naziri Alen Jüpe daha əvvəl problemin danışıqlar yolu ilə, Qbarqbonu hakimiyyəti Uattara təhvil verməyə inandırmaqla həllinə ümid bəslədiklərini söyləmişdi. Lakin Uattar hesab edib ki, Qbarqbo danışıqlara getməklə vaxt udmaq istəyib. O, hərbi müdaxilə qərarı alaraq Qbarqbonu həbs etməyə çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR