Bank Of Baku

NATO Liviya üsyançılarından üzr istəyib

NATO Liviya üsyançılarından üzr istəyib
# 08 aprel 2011 11:17 (UTC +04:00)
Bakı – APA. Liviyada yanlışlıqla üsyançıları bombalayan NATO müxaliflərdən üzr istəyib. APA-nın xəbərinə görə, bu barədə “BBC News”a üsyançıların hərbi əməliyyatlarına rəhbərlik edən Abdelfateh Yunis açıqlama deyib. NATO-nun nümayəndələri ilə danışdığını söyləyən A. Yunis insidentdən hiddətləndiklərini bildirib. O, Ədcəbiyyədən qonşu Breqa şəhərinə hərbi texnika göndərməyi planlaşdırdıqları barədə NATO-ya əvvəlcədən xəbərdarlıq etdiklərini, lakin buna baxmayaraq, üsyançıların hərbi karvanının NATO tərəfindən bombalandığını vurğulayıb.

Alyansdan isə bəyan ediblər ki, hadisənin baş verdiyi ərazidə daim hərbi texnika hər iki istiqamətdə hərəkət edir. Qurum insidenti araşdıracağını açıqlayıb.

Xatırladaq ki, bombardman nəticəsində 13-ə yaxın üsyançı ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR