Bank Of Baku

Qahirədə minlərlə nümayişçi Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib

Qahirədə minlərlə nümayişçi Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib
# 09 aprel 2011 03:12 (UTC +04:00)
Bakı-APA. Misirdə minlərlə insan Qahirənin Təhrir meydanında toplaşaraq, islahatların keçirilməsini və keçmiş prezident Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib. Nümayişçilər həmçinin əvvəlki rejimə mənsub rəsmilərin hazırkı hökumətdən çıxarılmasını da tələb edib. Fevralın 11-də Mübarəkin hakimiyyətdən getməsilə nəticələnmiş izdihamlı nümayişdən sonra bu iştirakçıların sayına görə ən böyük nümayiş olub.

Hüsnü Mübarək hakimiyyətdən getdikdən sonra ona və ailəsinə məxsus hesablar dondurulub. Keçmiş prezidentin ailə üzvləri Qırmızı dənizdə Şərm əl-Şeyx kurort şəhərində ev dustağı kimi saxlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR