Bank Of Baku

Polis Qahirədə keçirilən mitinqi dağıdıb

Polis Qahirədə keçirilən mitinqi dağıdıb
# 09 aprel 2011 07:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Misirin paytaxtı Qahirədə polis Təhrir meydanına toplaşan aksiya iştirakçılarını dağıtmaq üçün güc tətbiq edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında polis rezin dəyənəklərdən, elektroşok alətlərdən istifadə edərək paytaxtın mərkəzi meydanında aksiya keçirən mitinq iştirakçılarını dağıdıb.

Qeyd edək ki, aprelin 8-də Təhrir meydanında başlayan mitinqin iştirakçıları keçmiş prezident Hüsnü Mübarəkin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR