Bank Of Baku

NATO Liviyanı hücumları dayandırmağa və humanitar yardımın daxil olmasına imkan yaratmağa çağırıb

NATO Liviyanı hücumları dayandırmağa və humanitar yardımın daxil olmasına imkan yaratmağa çağırıb
# 15 aprel 2011 03:09 (UTC +04:00)
Bakı-APA. NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri Liviya hakimiyyətinə təqdim etmək üçün üç tələb hazırlayıblar və NATO-nun Liviya ilə bağlı strategiyasının dəyişməyəcəyini bəyan ediblər.
APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Baş katibi Anders Foqh Rasmussen bildirib ki, Liviya bütün hücumları dayandırmalıdır və humanitar yardımın birbaşa daxil olması üçün dərhal imkan yaratmalıdır.
Bundan başqa Liviya rəhbərliyi hərbi hissələri və texnikanı geri çağırılmalıdır.
Rasmussen deyib ki, NATO Liviyadakı mülki əhalinin müdafiəsinə görə məsuliyyət daşıyır. Bu NATO-nun Liviya ilə bağlı missiyasının məqsədidir, o deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR