Bank Of Baku

ABŞ, Britaniya və Fransa Liviya ilə bağlı birgə bəyanatla çıxış ediblər

ABŞ, Britaniya və Fransa Liviya ilə bağlı birgə bəyanatla çıxış ediblər
# 15 aprel 2011 04:29 (UTC +04:00)
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ və Fransa prezidentləri Barak Obama və Nikola Sarkozi və Böyük Britaniyanın baş naziri Deyvid Kameronun Liviya ilə bağlı birgə bəyanatında deyilir.
"Öz xalqını məhv etməyə çalışan bir insanın hakimiyyətdə qalacağı təqdirdə Liviyanın gələcəyini təsəvvür etmək mümkün deyil. Liviya rejimi mühasirədə saxladığı Əcdabiyə, Misurata və Əz-Zintan və digər şəhərlərdən geri çəkilməlidir”, bəyanatda deyilir.

Obama, Kameron və Sarkozi bəyan edirlər ki, "NATO-nun əməliyyatları Cəmahiriyada Qəddafi hakimiyyətdən gedənə kimi davam etməlidir, Liviyanın mülki əhalisi NATO-nun himayəsi altında qalmalıdır.

Onların sözlərinə görə, yalnız bundan sonra “diktaturadan konstitusiya prosesinə keçid başlaya bilər”. "Bu keçid uğurlu olması üçün, Qəddafi həmişəlik hakimiyyətdən getməlidir. Bundan sonra beynəlxalq ictimaiyyət Liviya xalqının firavan və açıq cəmiyyətdə yaşaması üçün əsas dövlət institutlarını inkişaf etməsinə yardım edəcək ", bəyanatda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR