Bank Of Baku

Hüsni Mübarəkin partiyası buraxılıb

Hüsni Mübarəkin partiyası buraxılıb
# 17 aprel 2011 02:44 (UTC +04:00)
Bakı-APA. Misirin Ali Məhkəməsinin qəbul etdiyi qərara əsasən Hüsni Mübarəkin lider olduğu Milli Demokratlar Partiyasının bütün aktivləri dövlətin sərəncamına verilir.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, partiyanın buraxılması Mübarək rejimi əleyhdarlarının əsas tələblərindən biri idi.

Onlar hakim partiyanı korrupsiya “mühiti” yaratmaqda ittiham edirlər.

1978-ci ildə Misir lideri Ənvər Sadatın təsis etdiyi partiya indiyədək Misir siyasi arenasında aparıcı qüvvə olub.

Etirazlar dalğası fonunda vəzifəsini tərk edən prezident Hüsni Mübarəkə qarşı korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.

Mübarək və onun ailəsinə məxsus bank hesabları dondurulub.

Sabiq prezident internet audiomüraciəti vasitəsi ilə şərəfini və reputasiyasını məhkəmədə müdafiə edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR