Bank Of Baku

Burkino-Fasoda üç şəhər üsyançı əsgərlərin əlinə keçib

Burkino-Fasoda üç şəhər üsyançı əsgərlərin əlinə keçib
# 18 aprel 2011 17:02 (UTC +04:00)
Bakı - APA. Burkino-Fasoda paytaxt Uaqaduqu şəhərində hərbçilərin başlatdığı iğtişaşlar daha iki şəhərə yayılıb. APA-nın AFP-yə istinadən xəbərinə görə, iğtişaşlar şənbə günü ölkənin cənubundakı Po, bazar günü isə Tenkodoqo şəhərlərinə keçib.

Hər iki şəhərdə havaya atəş açan hərbçilər mağazaları qarət edib, avtomobilləri oğurlayıblar. Hökumət Hərbi Akademiyanın yerləşdiyi Po şəhərinə danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərib.

Ölkənin şimalındakı Kayya şəhərində isə hərbçilər ordu komandanının və daha bir yüksək rütbəli zabitin evini yandırıblar.

Qeyd edək ki, Burkino-Fasoda iğtişaşlar aprelin 14-dən başlayıb. Buna səbəb hərbçilərin onlara mənzil almaq üçün vəd olunmuş pulun verilməsini tələb etməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR