Bank Of Baku

Nigeriya seçki komissiyası Qudlak Conatanın qalib gəldiyini elan edib

Nigeriya seçki komissiyası Qudlak Conatanın qalib gəldiyini elan edib
# 19 aprel 2011 00:58 (UTC +04:00)
Bakı-APA. Nigeriya seçki komissiyası bütün səslərin sayılmasından sonra hazırkı dövlət başçısı Qudlak Conatanı ölkədə keçirilmiş prezident seçkilərinin qalibi elan edib.

Conatan 36 ştatdan üçdə ikisində 25%-dən çox səs topladığına görə artıq birinci turda qalib gəlib.

Onun rəqibi Məhəmməd Buxari seçki komissiyasının elan etdiyi nəticələrlə razılaşmayıb və seçkidə saxtakarlıq olduğunu iddia edib.

Artıq Nigeriyanın müsəlman şimalında seçkinin nəticələri ilə bağlı qarşıdurmalar başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR