Bank Of Baku

Uqandada kütləvi etiraz aksiyası yatırılıb, 1 nəfər həlak olub

Uqandada kütləvi etiraz aksiyası yatırılıb, 1 nəfər həlak olub
# 19 aprel 2011 02:54 (UTC +04:00)
Bakı-APA. Uqanda polisi ölkənin paytaxtı Kampalada ərzaq və benzinin qiymətlərinin artımına qarşı keçirilən kütləvi nümayişi dağıdıb. Bir nümayişçi həlak olub. Polislər gözyaşardıcı qaz və döyüş patronlarından istifadə ediblər.

25 ildir Uqandanı idarə edən prezident Yoveri Museveni bildirib ki, istənilən etirazı yatıracaq. Saxlanılanlar arasında Museveninin əsas rəqibi və keçmiş şəxsi həkimi Kizza Besiqbye və daha iki müxalifət lideri Norbert Mao və Olara Otunnu da var. Onlar evlərindən çıxıb nümayişə qoşulmaq istərkən saxlanılıblar.

Polislə müxalifətin qarşıdurması paytaxtdan 80 km məsafədə olan Cinca şəhərində də baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR