Bank Of Baku

Nigeriyada zorakılıq ucbatında 15 min insan evini tərk edib

Nigeriyada zorakılıq ucbatında 15 min insan evini tərk edib
# 19 aprel 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Nigeriyanın şimalında 15 minə yaxın insan zorakılıq ucbatından evlərini tərk etməyə məcbur olublar. Məlumatlara görə artıq 270 nəfər yaralanıb.

Zorakılığa səbəb aprelin 16-da keçirilmiş prezident seçkilərinin nəticələrinin elan edilməsi olub. Nəticələrə görə seçkidə hazırkı prezident, cənubun təmsilçisi və xristian Qudlak Conatan qalib gəlib.

Onun rəqibi şimallı müsəlman Məhəmməd Buxari artıq seçkilərin saxtalaşdırıldığını bəyan edib.

Nəticədə şimaldakı Kaduna, Sokoto, Bauçi və Qombe ştatlarında müsəlmanlar və xristianlar, müsəlmanlar və polislər arasında qarşıdurmalar başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR