Bank Of Baku

Liviya müxalifəti ölkəyə əcnəbi quru qoşunlarının yeridilməsini dəstəkləyir

Liviya müxalifəti ölkəyə əcnəbi quru qoşunlarının yeridilməsini dəstəkləyir
# 21 aprel 2011 00:53 (UTC +04:00)
Bakı-APA. Liviya müxalifəti ölkə ərazisində mülki əhalinin müdafiəsi üçün xarici quru qüvvələrinin olmasına qarşı deyil. Bu barədə Milli keçid şurasının nümayəndəsi Əbdül Hafiz Quqa bəyan edib.

«Mülki əhalinin müdafiəsi məqsədilə göndərilən humanitar yardımı çatdırmaq üçün təhlükəsiz koridorlar yaratmaq lazımdır. Əgər bunun üçün təhlükəsiz koridorları qoruyan quru qüvvələrini yerləşdirmək lazımdırsa, bunda pis heç nə yoxdur», deyə Quqa bildirib.

Avropa Birliyi ölkələri humanitar yardım konvoylarını qorumaq üçün Liviyaya quru qoşunlarının göndərilməsi planını razılaşdırıblar. Bu barədə Avropa Birliyi Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maykl Mann məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR