Bank Of Baku

NATO Müəmmər Qəddafiyə sadiq qüvvələrin hərbi potensialının 30-40 faizinin məhv edildiyini açıqlayıb

NATO Müəmmər Qəddafiyə sadiq qüvvələrin hərbi potensialının 30-40 faizinin məhv edildiyini açıqlayıb
# 22 aprel 2011 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi, admiral Mayk Mallen çıxış edib. Mallen bildirib ki, burada söhbət yalnız quru qüvvələrindən gedir. O Müəmmər Qəddafi tərəfdarlarının itkilər verməkdə davam edəcəyini deyib.

Qeyd edək ki, NATO komandanlığı aprelin əvvəllərində Liviyanın hərbi potensialının üçdə birinin məhv edildiyini açıqlayıb. Söhbət təkcə hərbi birləşmələrdən deyil, həm də hərbi infrastrukturun məhvindən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin verdiyi itkilərdən gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR