Bank Of Baku

Qəzzafi hökuməti ona sadiq tayfaları döyüşə buraxa bilər

Qəzzafi hökuməti ona sadiq tayfaları döyüşə buraxa bilər
# 23 aprel 2011 22:40 (UTC +04:00)
Bakı-APA. Liviya hökuməti xəbərdarlıq edib ki, Misrataya hücumu öz üzərinə polkovnik Qəzzafiyə sadiq tayfalar götürə bilər, bu isə hadisələrin daha qanlı olmasına gətirib çıxarar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Liviya xarici işlər nazirinin müavini Xaled Qaim deyib ki, hökumət qoşunları Misratanın ətrafını tərk edirlər, lakin yerli tayfalar üsyançılara qarşı belə lütfkar olmayacaqlar.

Lakin üsyançıların əsas şəhəri olan Benqazidə hərbi nümayəndəsi deyib ki, Qəzzafi vaxt udmaq fikrindədir və o, öz qoşunlarının Misratadan çəkilməsinə heç vaxt yol verməz.

Üsyançıların nəzarətində olan Misrata şəhəri artıq iki aydır ki, mühasirədədir.

Bununla belə hazırda Misratada baş verənlər heç də aydın deyil.

Üsyançılar hökumət snayperlərinin döyüşdüyü bir məhəllədə üstünlüyü ələ alıblar.

Bir yaralı hökumət əsgər bildirib ki, onlara Misratanı tərk etmək əmri cümə günü verilib.

Paytaxt Tripolidə isə xarici jurnalistləri Qəzzafinin əsas bunkeri olan Bab Əziziyyə bazasına aparıblar.

Orada bunkerlərdən birinin iki raket zərbəsindən dağıldığı nümayiş etdirilib.

Xəbər verilir ki, zərbələr cümə günü gecə NATO qırıcıları tərəfindən endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR