Bank Of Baku

Mərakeşdə bir kafede baş verən partlayış nəticəsində 14 nəfər ölüb

Mərakeşdə bir kafede baş verən partlayış nəticəsində 14 nəfər ölüb
# 28 aprel 2011 15:35 (UTC +04:00)
Bakı – APA. Mərakeşin Mərrakeş şəhərində bir kafede baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hakimiyyət orqanları partlayışın kriminal xarakter daşıdığını istisna etmirlər. Lakin “Reuters” rəsmi şəxslərə istinadən hadisənin qaz balonlarının partlaması nəticəsində baş verdiyi xəbərini yayıb.

Cəmaa əl-Fana meydanındakı “Argana” adlı kafe turistlər arasında populyar olan kafelərdən biridir. Partlayışdan sonra meydanda panika yaşanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR