Bank Of Baku

Nil çayında bərə qəzaya uğrayıb, 40-dan çox ölən var

Nil çayında bərə qəzaya uğrayıb, 40-dan çox ölən var
# 29 aprel 2011 16:37 (UTC +04:00)
Bakı - APA. Misirin cənubunda baş verən bərə qəzası nəticəsində 43 nəfər həlak olub. APA-nın AFP-yə istinadən xəbərinə görə, hadisə Bəni Sueyf əyalətində qeydə alınıb.

Nil çayında sərnişin daşınması ilə məşğul olan bərə qəfildən çevrilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Hadisə yerində xilasedicilər işləyir. Həlak olanların sayının artacağı istisna olunmur. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR