Bank Of Baku

NATO Zintan və Yafran şəhərləri yaxınlığında Qəddafinin qoşunlarına zərbə endirəcək

NATO Zintan və Yafran şəhərləri yaxınlığında Qəddafinin qoşunlarına zərbə endirəcək
# 30 aprel 2011 01:53 (UTC +04:00)
Bakı-APA. NATO qüvvələri Zintan və Yafran şəhərləri yaxınlığında Liviya lideri Müəmmər Qəddafinin qoşunlarına zərbə endirmək niyyətindədirlər. Bu barədə Alyansın komandanlığının nümayəndəsi general Rob Uigil bəyan edib.

«Biz Zintan və Yafran rayonunda Müəmmər Qəddafiyə sadiq qüvvələrin çoxsaylı hücumlarını müşahidə edirik. Çox güman ki, ora bizim prioritet hədəfimiz olacaq», deyə Uigil keçirdiyi brifinqdə bildirib.

Hər iki şəhər ölkənin qərbində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR