Bank Of Baku

Beynəlxalq Cinayət Məhkəməsi Liviyadakı zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə çağırıb

Beynəlxalq Cinayət Məhkəməsi Liviyadakı zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə çağırıb
# 05 may 2011 01:26 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmar Qəddafiyə sadiq qüvvələrin üsyançıların nəzarəti altındakı liman şəhəri Misratanı qumbara atəşinə tutduqları bildirilir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hücumun yardım təşkilatlarının minlərlə miqrantı və yaralını şəhərdən çıxarmağa çalışarkən həyata keçirildiyi xəbər verilir.
Üsyançıların nümayəndəsinin dediyinə görə hücum zamanı azı beş nəfər həlak ölüb.

Beynəlxalq prokuror Liviya hökumətinin üzvlərinə qarşı müharibə cinayətləri ittihamları ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında iclas keçirməyi planlaşdırır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Liviyaya son səfəri zamanı fevral ayından, hökumətə qarşı etirazlar başlanandan bəri həyata keçirilən zorakılıqlarla bağlı ciddi dəlillər əldə etdiyini deyib. Okamponun idarəsinin açıqladığı bəyanatda prokurorların hakimlərdən zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə dair order vermələrini istəyəcəkləri deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR